Şixəliyev ailəsinin şikayəti qəbul edilmədi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlam Şixəliyevin ailəsi müsadirə edilmiş əmlakların hərraca çıxarılmasına etiraz edir.
Avtosfer.az-ın məlumatına görə, onun ailə üzvləri qeyd olunan səbəbdən məhkəməyə müraciət edib.
Şixəliyevin həyat yoldaşı Aybəniz Şixəliyeva, oğlu Elgün Şixəliyev və qızı Samirə Əliyeva dövlət nəfinə alınmış əmlakların icra məmuru tərəfindən hərraca çıxarılmasından narazıdırlar. Onlar hər biri ayrı-ayrılıqda Nərimanov Rayon Məhkəməsinə müraciət ediblər.
Mövlam Şixəliyevin vəkili Ceyhun Yusifovun sözlərinə görə, müvəkkili haqda apellyasiya instansiyasının qərarından kassasiya şikayəti verilib. Hazırda iş Ali Məhkəmənin icraatındadır:
“Yüksək instansiya məhkəməsinin yekun qərarı olmadan əmlakın hərraca çıxarılması qanunsuzdur. Belə olan halda Ali Məhkəmənin qərarının nəticəsi sual altına düşür”,-deyə vəkil Yusifov əlavə edib.
Hakimlər eyni gündə A.Şixəliyeva və qızı S.Əliyevanın şikayətləri ilə tanış olub. Hər iki şikayət qanunvericiliyin tələblərinə uyğun olmadığından geri qaytarılıb.
E.Şixəliyevin şikayətinə isə bu gün baxılacaq.
Qeyd edək ki, Mövlam Şixəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib. Onun 8 milyona yaxın qiymətləndirilən əmlakı müsadirə edilib. O, eyni zamanda Prezidentin sərəncamı ilə general rütbəsindən və dövlət təltiflərindən də məhrum edilib.
Qafqazinfo
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












