Siyəzəndə avtomobil inəyi vuraraq yolun kənarına ATIB - Sahibi cəzalanacaq? - FOTO

Bakı-Quba yolunun Siyəzənin Zarat kəndindən keçən hissəsində-Beşbarmaq pirinin yaxınlığında inək avtomaşınla vurularaq yolun kənarına atılıb.
Hadisəni Bizim.Media-nın əməkdaşı müşahidə edib və fotolarını lentə alıb.
Siyəzən İcra Hakimiyyətinin Zarat ərazi nümayəndəliyi üzrə nümayəndəsi Vaqif Şahbazov saytımıza açıqlamasında məsələdən xəbərsiz olduğunu bildirib. Hadisədən xəbər tutandan sonra isə məsələnin Siyəzən Yol İdarəsi nin səlahiyyətində olduğunu bildirib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Siyəzən 2 saylı Yol İstismarı MMC”dən bildirilib ki, hadisə barədə məlumatlıdırlar.
Sadəcə olaraq inək sahibinin tapılması üçün heyvanın cəsədini yoldan götürə bilməyiblər. Amma az bir vaxtda cəsədi yoldan götürəcəklərinə də söz veriblər.
Qurumdan o da qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəasına görə magistral yola heyvan buraxan mal sahibləri buna görə məsuliyyət daşıyırlar:
“Çünki onlar heyvanını itirməklə yanaşı, həm də avtomobilə dəyən zərəri də aradan qaldırmalıdırlar. Üstəlik cərimə də olunurlar. Bu səbəbdən heyvanın qiyməti 5000 olsa belə, sahibi səsini çıxarmır ki, cərimə olunmasın və zərərçəkənin avtomobilini təmir etdirməsin. Yəqin ki, faktı Dövlət Yol Polisi İdarəsi araşdıracaq. Biz də belə mal sahiblərinin cəzalanmasını istəyirik ki, yollarda belə problem yaşanmasın”, - deyə qurumdan bildirilib.

Bir sıra yollarda görünüş məhdudlaşacaq - Sürücülərin nəzərinə!
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












