Skuterlərə qadağa qoyulur? - Ekspertdən cəzalarla bağlı AÇIQLAMA

Son vaxtlar ölkəmizdə məşhurlaşan yeni nəqliyyat vasitələrindən biri də skuterlərdir. Hətta artıq "Bolt"un da skuterləri var və istənilən adam sifariş verə bilər. Təəssüf ki, skuterlərin idarəetməsindən anlayışı olmayan adamlar da kifayət qədərdir. Bu nəqliyyat vasitəsinin istifadəsi haqqında məlumatsız olan vətəndaşlar isə yollarda qəza şəraiti yaradırlar.
Bəs skuterlər barədə qanunvericilikdə hansısa qaydalar olmalıdırmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, hazırda skuterlərlə bağlı qanunvericilikdə boşluq var:
“Yol hərəkəti haqqında” qanunda skuterlə bağlı hər hansısa anlayış yoxdur, adı çəkilmir. Piyadanın, velosiped, ya da moped sürənin cəzasını skuterlərə şamil etmək mümkün deyil. Bu da bəzi insanlara imkan verir ki, yollarda istədiyi kimi davranış nümayiş etdirsinlər”.
E.Muradlı hesab edir ki, qanunvericiliyə bir daha baxmaq lazımdır:
“Skuterlərin hərəkəti və skuter sürücülərinin məsuliyyəti barədə orada konkret qeydiyyat işləri aparılmalıdır. Eyni zamanda, qayda pozuntularına görə cəzalar da müəyyənləşdirilməlidir”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












