SMS icazə peyvənd olunan şəxslərə də aid ediləcəkmi? - VİDEO

Novruz bayramı günlərində yoluxma sayının artması səbəbi ilə SMS icazənin yenidən tətbiq edilib-edilməməsi məsələsi gündəmdədir.
Koronavirusa yoluxmanın artması bayram ərəfəsində “SMS icazə”nin tətbiqi məsələsini aktuallaşdırıb. Bəs, görəsən, doğrudan da icazə sistemi yenidən tətbiq edildiyi təqdirdə peyvənd olunan şəxslər də SMS icazədən istifadə etməlidirmi?
Həkim Adil Qeybulla Baku TV-yə bildirib ki, vaksinasiya olunan insanlara məhdudiyyətin tətbiq edilməsi doğru deyil.
“Məlum olduğu kimi ölkə üzrə yanvar ayından etibarən koronavirus əleyhinə vaksinasiyaya start verilib. 450 mindən çox insan artıq peyvənd olunub. Peyvənd insanda immunitet formalaşdırır və bu xəstəliyin ağır keçməməsinin qarşısını alır, yoluxduruculuğa təsir edir”.
Həkimin sözlərinə görə, vaksin olunmuş şəxslər risk daşımır və onlarda demək olar ki, yoluxduruculuq qabiliyyəti də çox aşağı olur:
“SMS icazənin yalnız peyvənd olunmayanlara tətbiqi daha doğrudur. Bu, yoluxma sayının kəskin artmaması üçün faydalı olardı”.
Məlumat üçün qeyd edək ki, yanvarın 18-dən Azərbaycanda Çinin "SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksinindən istifadə edilir. Peyvəndləmə bütün respublika üzrə könüllü və dövlət hesabına aparılır.
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq
Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO
İşdən çıxarılan icra başçısı məşhur şəxsin QARDAŞIDIR
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?











