ŞOK tələ: Bakıdan Gürcüstana taksi sifariş etdilər, sürücüləri narkotiklə "ilişdirdilər" - VİDEO

Qazax sakinləri törətmədikləri cinayətə qurban getdiklərini iddia edirlər. Onlarin sözlərinə görə, hələ ki, kimliyi bilinməyən bir və ya bir neçə nəfər Gürcüstana getmək üçün taksi kimi mindikləri avtomobilə narkotik vasitə atıblar. Daha sonra isə sürücünü aldadaraq ərazidən uzaqlaşıblar. Maraqlısı budur ki, avtomoillərdə olan narkotik və psixotrop maddələri sərhədi keçəndən sonra Gürcüstan polisi aşkarlayıb. Həm də xüsusi əməliyyat qrupu ilə...
Avtosfer.az-ın Xezerxeber.az-a istinadən məlumatına görə, hadisə Ağstafanın Dağ Kəsəmən kənd sakini Rahib Məmmədovun başına gəlib.
Rahib Bakıdan Gürcüstana sərnişin götürərək yola düşüb.
Sonra isə yorğun olduğu üçün avtomobili Ağstafadan Gürcüstana Rahibin atası Mehman Məmmədov idarə edib. Sadıqlı keçid məntəqəsində sərnişin mağazaya gedib və qayıtmayıb. Mehman Məmmədov isə avtomobillə Gürcüstan ərazisinə keçib və sərnişini gözləyib.
Elə bu vaxt Gürcüstan təhlükəsizlik orqanlarının əməkdaşları avtomobili mühasirəyə alıblar. Avtomobildən 61 qram heroin aşkarlanıb və sürücü Mehman Məmmədov həbs edilib. Avtomobil isə müsadirə olunub. Sürücü martın 26-dan Gürcüstanda həbsdədir. Onunla birlikdə Gürcüstana gedən dostu, Gürcüstan vətəndaşı Telman Əhmədov isə dindirildikdən sonra bir həftə müvəqqəti təcridxanada saxlanılaraq sərbəst buraxılıb.
Həmin şəxsin girdiyi dükanın və Azərbaycanın gömrük keçid məntəqəsinin təhlükəsizlik kameralarından onun görüntüləri əldə olunub.
Anoloji hadisə Qazaxın Qarapapaq kənd sakini Etibar Həsənovun da başına gəlib. Həmin dəstənin üzvləri də eyni ssenari ilə Etibarın avtomobilinə psixotrop maddə tullayıblar. Onun avtomobilində isə vasitəni atan sərnişinin azyaşlı qızı da olub.
Etibar Həsənov evini sataraq 20 min lari müqabilində sərbəst qala bilib. Amma hazırda avtomobili Gürcüstandadır. Zərərçəkən şəxslər faktla bağlı hüquq mühafizə orqanlarına da müraciət ediblər.
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!












