Son 25 gündə 32 narkotacir tutulub - VİDEO

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə son 25 gün ərzində keçirilən əməliyyatlar zamanı sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla narkotik maddələrin satışını həyata keçirən mütəşəkkil cinayətkar dəstənin daha 32 üzvü saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həmin şəxslərdən ümumilikdə 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib. Daxil olmuş məlumat əsasında Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarında keçirilən əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib.
Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub. Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










