Son günlər ölkə ərazisində 40 mindən artıq ağac əkilib

Ölkə ərazisinin meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində yaz ağac əkini çərçivəsində silsilə ağacəkmə və meşəbərpa tədbirləri davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün Şabran rayonunun yol kənarı meşə fondu torpaqlarında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyevin rəhbərliyi və Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə 2000-dən çox həmişəyaşıl ağac tingi əkilib və palıd toxumları səpilib.
Qeyd edək ki, son 3 gün ərzində 13 rayonda ağac əkini həyata keçirilib. Zərdab, Ağsu, Qobustan, Ağdaş, Şəki, Zaqatala, Quba, Şamaxı, Ağcabədi, Bərdə, Sabirabad, Masallı və Şabran rayonlarında keçirilən ağacəkmə tədbirləri zamanı ümumilikdə 30 hektar ərazidə 40 mindən artıq müxtəlif cinsli ağac əkilib, 1000 kiloqrama yaxın toxum səpilib.
Vurğulayaq ki, yaz ağac əkini respublikanın bütün rayonlarını əhatə edəcək və ölkə üzrə ümumilikdə 200 hektar meşə fondu torpağında hər bölgənin iqlim şəraitinə uyğun ağaclar əkiləcək.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












