Son iki gündə təbii qaza olan tələbat artıb

“Son 2 gündə ölkə üzrə təbii qaza olan tələbatda artım müşahidə olunmaqdadır. Bu tələbata uyğun olaraq “Azəriqaz” İstehsalat Birliyi əhali xətlərini əhatə edən şəbəkəyə qazın qəbulunu artırmaq məcburiyyətində qalıb”.
Bu barədə Birliyin Baş direktoru Ruslan Əliyev öz feysbuk sosial şəbəkə ünvanında paylaşım edib.
Onun sözlərinə görə, təkcə 13 mart tarixində əhali xətlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 16 milyon kubmetrə yaxın artıq qaz qəbul olunub. Ötən il 13 mart tarixində əhali xətləri üzrə qaz qəbulu 18,6 milyon kubmetr təşkil edib.
“2021-ci ilin 13 mart tarixində isə bu rəqəm artıq 34 milyon kubmetrdir. Arxada qoyduğumuz 13 günlük göstəricilər isə daha böyük rəqəmləri əks etdirir. Təsəvvür edin, ötən illə müqayisədə mart ayının 13 günü ərzində əhali xətləri üzrə 100 milyon kubmetr artıq qaz qəbulu aparılıb.
Belə ki, 2020-ci ilin mart ayının 13 günündə bu göstərici təqribən 293,3 milyon kubmetr, bu il isə təqribən 393,2 milyon kubmetr təşkil edir. Deməli, mart ayı yaz fəsli sayılsa da, reallıqda 2021-ci ildə qış ayı kimi müşahidə edilməkdədir. Tələbatın qarşılanması üçün digər müvafiq strukturlarla daim təmasdayıq.
Abonentlərin təbii qaza olan ehtiyacını təmin etmək üçün var gücümüzlə çalışırıq. Əgər sizi narahat edəcək məqamlar varsa, hansısa ərazilərdə qaz təchizatına dair çətinlikləriniz qalıbsa, mütləq bizim 104/185 saylı Çağrı Mərkəzi ilə əlaqə saxlayın, 077 310 41 04 saylı votsap nömrəsinə mesaj göndərin və yaxud feysbuk sosial şəbəkəsi üzərindən mənim özümə yazın”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












