Son on ildə 63 mindən çox miqrant həyatını itirib

BMT-nin Miqrasiya Agentliyi son on il ərzində 63 mindən çox miqrant ölümünü qeydiyyata alıb. Əvvəlki illərlə müqayisədə ən çox ölüm halı 2023-cü ildə baş verib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, 28 min 854 miqrant Aralıq dənizində həlak olub. Onların əsas hissəsi Əfqanıstan, Myanma, Suriya və Efiopiya vətəndaşlarıdır. Ölüm hallarının təxminən 60 faizi suda boğulma ilə bağlıdır.
“Miqrant ölümlərinin sənədləşdirilməsinin onilliyi” adlı hesabatda axtarış və xilasetmə imkanlarının gücləndirilməsinin və daha təhlükəsiz miqrasiya marşrutlarının olmasının vacibliyi bildirilib.
Hesabatda, həmçinin itkin düşənlərin ölənlər siyahısına daxil edildiyi və onların da sayının artdığı vurğulanır. Məlumata görə, siyahıda yer alanların üçdə ikisindən çoxu itkin düşənlərdir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












