Sosial müavinətlər nə vaxt artırılacaq? - AÇIQLAMA

"Cənab Prezident tərəfindən imzalanmış 23 dekabr 2024-cü il tarixli sərəncamda Nazirlər Kabinetinə 3 ay müddətində sosial müavinətlər, təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması və dövlət başçısına təqdim edilməsi tapşırılmışdı".
Bunu Avtosfer.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, həmin müddət artıq mart ayının ikinci yarısı başa çatıb:
"Sosial paketin növbəti elementi sosial müavinətlərin və təqaüdlərin artırılmasının nəzərdə tutulmasıdır. Sosial paket bütövlükdə 3 milyon vətəndaşımızı əhatə edəcək. Bu istiqamətə əlavə olaraq 1,6 milyard manat vəsait ayırlacaq. Bu baxımdan, sosial paketin hər bir elementinin ayrı-ayrılıqda fiskal qiymətləndirilməsi həyata keçirilir, daha sonra bu istiqamətdə qərarlar verilir. 23 dekabr tarixli sərəncamda məhz sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub. Gözləntimiz ondan ibarətdir ki, bu istiqamətdə maliyyə qiymətləndirilməsi başa çatdıqdan sonra sosial müavinətlər və təqaüdlərin artırılması ilə bağlı qərarın verilməsi mümkün olacaq".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












