"Standard Insurance"nin "standartı" - pulu müştəriyə "kreditlə" ödəyirlər?

Avtosfer.az saytının redaktoru, jurnalist Orxan Əlinin "Standard Insurance" sığorta şirkəti ilə olan problemi hələ də həllini tapmayıb. Bu barədə açıqlama verən Orxan Əli deyir ki, ötən həftənin cümə günü məsələ mətbuatda işıqlandırılandan sonra şirkətdən ona zəng edilib. Bildirib ki, 2305 manat məbləğdən 305 manatı hesaba köçürülüb. Qalan məbləğin isə hissə-hissə ödənəcəyi bildirilib.
Üzrü qəbahətindən böyük...
26 fevral tarixində sığorta şirkətindən yenidən zəng ediblər. "Hörmətli müştəri sizə bu gün 500 manat da ödəniləcəkdi. Amma bank ilə problem yarandığı üçün ödəniş bir gün gecikəcək. Üzr istəyirik."
Jurnalist deyir ki, pulun tam məbləğdə nə zaman ödəniləcəyini soruşanda həftənin sonuna kimi hissə-hissə ödəniləcəyi bildirilib.
Yavaş-yavaş ödəyirlər...
"Gecikən 500 manatın üstünə 500-də qoyub bu gün hesaba ödənəcəyi deyildi. Qaldı 1000 manat. Başa düşmürəm bu nə sistemdir, bu nə standartdır? Müştəriyə pulu kreditlə ödəyirlər bəyəm? Belə çıxır ki, mən borc götürüb pul ödəməsəydim avtomobilim hazır vəziyyətə servisdə gözləyəcəkdi."
Jurnalist deyir ki, bu sığorta şirkəti ilə müqavilə bağlamaq istəyənlər bir daha düşünsünlər. "Düzü bu baş verənlərdən sonra tövsiyyə edərdim ki, "Standard" sığortanın bu "qaydaları" barədə tanış olsunlar ki, sonradan zəhmətə düşməsinlər. Yoxsa sizin də məbləği kreditə salacaqlar."
Orxan Əli deyir ki, bir neçə gün ərzində ona həmin sığorta şirkəti ilə bağlı müraciətlər də olub. "Sosial şəbəkələrdə mənə insanlar yazır ki, eyni problemlə üz-üzə qalıblar. Şirkət onların da pulunu ödəmir. Düşünürəm ki, təkcə mənim məsələm həll olunmaqla bu iş bitməz. Ya birdəfəlik insanları narazı salmaqdan əl çəksinlər, ya da şirkəti bağlayıb başqa işlə məşğul olsunlar."
Fərid
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












