“Standart Sığorta” DYP-nin səlahiyyətini mənimsəyib? – İDDİA

Vətəndaşlar “Standart Sığorta”dan narazıdır. Avtosfer.az xəbər verir ki, Cəfərov Fariz Xanoğlan oğlu Azinforum.az-a müraciət edərək, “Standart Sığorta” şirkətinin ona qarşı etdiyi qanunsuzluqdan danışıb. Şikayətçi bildirir ki, 10 may 2018-ci il tarixində onun idarə etdiyi 99 MB 061 seriyalı “Mercedes Vito” avtomobili Samux rayonu ərazisində, Göy-Göl istiqamətinə gedən yolda, Quliyev Həbib Məmmədəli oğluna məxsus 20 CG 312 seriyalı “Kamaz” markalı avtomobil tərəfindən vurulub: “Hadisə nəticəsində mənim avtomobilimə ciddi ziyan dəyib. Prosedura uyğun olaraq, hadisə yerinə DYP əməkdaşları gəldi. Onların apardıqları araşdırmadan sonra, gəldikləri ilkin rəy bundan ibarət oldu ki, qəzada günahkar “Kamaz”-ın sürücüsüdür. Hər ikimizi müayinə etdilər. Heç birimizdə alkaqol aşkar edilmədi. “Kamaz”-ın sürücüsü verdiyi izahatda təqsirli olduğunu etiraf edib. “Kamaz”-ın icbari sığortası “Standart Sığorta”da olduğu səbəbindən, dəymiş ziyanı almaq üçün məni Heydər Əliyev Sarayının yaxınlığındakı “Standart Sığorta”nın ofisinə yönəltdilər. İki fərqli ekspetin verdiyi rəyə əsasən mənə dəyən ziyan 1960 manat dəyərində müəyyənləşdi.
Yuvarlaq olaraq 1700 manata razılaşdıq. Lakin sonra həmin sığorta şirkətində ekspert kimi çalışan Məmmədov Hicran adlı keçmiş polis işçisi qəribə məntiqlə ziyanın mənə verilməsinə maneçilik törətdi. Məmmədov Hicran deyir ki, həmin qəzada günah “Kamaz”ın sürücüsündə deyil, məndə olub. Onun məntiqi ilə, mənə müəyyənləşən ziyanın yarısı verilməlidir, yəni 850 manat. Başa düşə bilmirəm, sığorta işçisi nə vaxtdan DYP-nin yerinə kimin günahkar olduğunu müəyyənləşdirmək kimi funksiyanı mənimsəyib? Həmin Məmmədov Hicran mənə deyir ki, sən DYP-yə rüşvət verib bu rəyi alıbsan. Fikirini də belə əsaslandırır ki, onu özünü DYP saxlayanda 20 manat verib, yoluna davam edir. Şirkətin öz işçiləri belə Hicrana pulun mənə verilməli olduğunu izah edə bilmir. Açıqca deyir ki, bu oğlanı süründürəcəm, hara istəyir şikayət etsin”.
Şikayətçinin bizə təqdim etdiyi sənədlərdən və fotolardan aydın görünür ki, baş vermiş qəzanın günahkarı doğrudan da “Kamaz” avtomobilidir. Belə olan təqdirdə, sığorta şirkəti səlahiyyətini aşaraq, DYP-nin rəyini şübhə altına qoyaq cəhdi zərərçəkənə ziyanın ödənməsindən yayınmaq cəhdi kimi qiymətləndirilə bilər.
Zərərçəkən deyir ki, problemi həllini tapmasa, sığorta şirkətinə qarşı dəymiş maddi və mənəvi ziyanla bağlı məhkəmə iddiası qaldıracaq.
Mövzu ilə bağlı “Standart Sığorta” şirkətinin də mövqeyini dərc etməyə hazırıq.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi










