Stresi azaldan nəqliyyat vasitələri: "Avtomobillərlə müqayisədə az enerji istifadə edir"

"Mikromobillik şəhər infrastrukturunun müasirləşdirilməsi və nəqliyyat sisteminin çevikliyinin artırılması üçün vacibdir. Beynəlxalq təcrübələrin araşdırılması mikromobillik üzrə strategiyaların hazırlanmasına dəstək olur".
Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O bildirib ki, dünyada istehlak edilən enerjinin və kükürd qazı tullantısının 20-25 faizi nəqliyyat sektorunun payına düşür:
"Ətraf mühitin qorunması baxımından velosiped yollarının əhəmiyyəti böyükdür. Bakı şəhərində də velosiped zolaqlarının olması həm paytaxtın infrastrukturu, həm də sakinlərin rahatlığı baxımından mühüm addım kimi dəyərləndirilir. Bu prosesin əsas məqsədi, təhlükəsiz və ekoloji cəhətdən dost bir şəhər mühitinin yaradılmasıdır. Bunun ekoloji cəhətdən təsiri böyükdür. Mikromobillik şəhərlərdəki hava çirkliliyini azaltmağa kömək edir. Bu vasitələr ənənəvi avtomobillərlə müqayisədə az enerji istifadə edir və karbon izi də avtomobillərdən qat-qat aşağıdır. Sağlamlıq baxımından da faydalıdır. Velosiped sürmək və ya elektrik skuterlərdən istifadə etmək insanları fiziki aktivliyə təşviq edərək sağlamlığa müsbət təsir edir, stresi azaldır".
"Mikromobillik infrastrukturunun inkişafında bir çox beynəlxalq təcrübə öyrənilə bilər. Velosiped yolları üçün geniş sərmayələr və doğru planlama sayəsində velosiped sürmək Amsterdam şəhərində gündəlik nəqliyyat vasitəsi halına gəlib. Prezident İlham Əliyevtərəfindən 2018-ci ilin dekabrında imzalanan "Yol hərəkətinin təhlükəsizliyi haqqında Dövlət Proqramı"na əsasən, ölkədə yol hərəkətinin təhlükəsiz vəziyyətə gətirilməsi, burada ətraf mühitin yaxşılaşdırılması, avtomobillərdən atılan zəhərli qazların miqdarının azaldılması, bir sözlə, respublika üzrə hərəkətin nizamlaşdırılması nəzərdə tutulub. Həmin sənəddə, eyni zamanda, avtomobil yollarında, küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradılması, ekoloji təmiz nəqliyyat vasitələrinin istismarının stimullaşdırılması məsələləri də yer alıb".
(Oxu.az)
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir - FOTO
Leysan olacaq - XƏBƏRDARLIQ
Ceyranbatanda evlər niyə boş qalıb? - VİDEO
363 min manata ev aldı, mənzilə həbs qoyuldu - VİDEO
Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi
Bakı-Quba yolunda təhlükəli vəziyyət: İşıq dirəkləri var, işıq yoxdur - VİDEO
Aqşin Əliyevə yeni VƏZİFƏ VERİLDİ
İldırımlı hava səbəbindən bəzi uçuşlar təxirə düşdü - RƏSMİ
Sərnişinlərin NƏZƏRİNƏ! - Bu marşrutun yolu dəyişdirilir
Hesablama Palatası iki dövlət qurumunda NÖQSANLAR AŞKARLADI
Taksidə kondisioner üçün əlavə pul ödəməliyik? - VİDEO










