Su anbarlarında toplanan suyun həcmi AÇIQLANDI

Ötən il magistral kanallar üzrə su limitləri, respublikanın çayları üzrə suvarma dövründə rayonlararası su bölgüsü cədvəlləri hazırlanaraq aidiyyəti üzrə təsdiq edilib. Vegetasiya suvarması dövrünün əvvəlinə əsasən su anbarlarında 13,3 mird. kubmetr həcmində su toplanılıb.
APA xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda qeyd olunub ki, respublika üzrə suvarılan torpaqların sərhədləri müəyyənləşdirilərək kənd təsərrüfatı təyinatlı torpaqların peyk təsvirləri əsasında vektorlaşdırılmış, coğrafi informasiya sistemləri bazasına daxil edilərək xəritələşdirilib. Suvarılan torpaqların meliorativ vəziyyəti barədə respublikanın ayrı-ayrı inzibati əraziləri üçün suvarılan torpaqların şorlaşmasını, qrunt sularının yatma dərinliyini, onların kimyəvi tərkibini və minerallaşma dərəcəsini əks etdirən status elektron xəritələr hazırlanıb və vahid şəbəkə üzrə informasiya xidməti yaradılıb.
Suvarılan torpaqların deqradasiyasına qarşı mübarizə məqsədilə suvarılan torpaqlarda şorlaşmanın, qrunt sularının səviyyəsinin və minerallaşma dərəcəsinin dəyişməsi üzərində nəzarət işləri aparılıb, suvarılan torpaqların meliorativ vəziyyəti qiymətləndirilib, meliorativ tədbirlər tələb edən torpaqlar müəyyənləşdirilib, onların yaxşılaşdırılması üzrə tədbirlər hazırlanıb, irriqasiya və meliorasiya sistemlərinin istismarı həyata keçirilib.
Su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülüb, mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılıb. Hesabat ilinin sonuna su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, 2022-ci ilə nisbətən isə 2,2 milyard kubmetr artıq həcmdə su toplanılıb ki, bu da su qıtlığı şəraitində əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərməklə yanaşı, cari ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir. Suvarılan torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə suvarma və kollektor-drenaj şəbəkələrində 52,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri aparılıb, torpaq məcralı kanalların 58 kilometr hissəsi beton üzlüyə alınıb, 2,9 min hidrotexniki qurğu, 6,4 min subartezian quyusu, 291 nasos stansiyası və cari təmir edilib. Çay məcralarında 10,4 milyon kubmetr həcmində məcratəmizləmə işləri aparılıb, daş-beton bəndlərdə təmir işləri yerinə yetirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












