Sulutəpə sakinləri: “Kanalizasiyadan yollara daşan çirkab üfunətindən evlərdə otura bilmirik” - VİDEO

Binəqədi rayonu Sulutəpə qəsəbəsinin sakinləri yol və kanalizasiya problemindən əziyyət çəkirlər. Avtosfer.az istinadən bu barədə Oxu.Az-a qəsəbə sakinləri məlumat verib. Onların sözlərinə görə, aidiyyəti qurumlara müraciət etsələr də, qəsəbənin problemləri həll olunmur: “Biz Aşağı Sulutəpə deyilən ərazidə Ruslan Allahverdiyev küçəsində yaşayırıq. Yollarımız bərbad vəziyyətdədir. Kanalizasiya borularının əksəriyyəti çürüyüb. Kanalizasiya suları daşaraq küçəyə axır və yaşayış evlərinin həyətinə, zirzəmisinə dolur. Bu, xəstəlik mənbəyidir.
Uşaqlar məktəbə gedə bilmirlər. Laçın rayon 10 nömrəli tam orta məktəb evimizin yaxınlığında yerləşir. Sakinlər problemləri ilə əlaqədar ərazi üzrə bələdiyyəyə, həm də İcra Hakimiyyətinə müraciət ediblər. Bu şəraitdə piyadalar və avtomobillər çətinliklə hərəkət edirlər. Yağış yağanda isə vəziyyət daha ağır olur. Kanalizasiyadan daşan çirkab suyun üfunət qoxusundan evlərdə oturmaq olmur. Xahiş edirik, kömək edəsiniz”.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA










