Sumqayıt ekspres avtobusları ilə bir gündə 98 reys həyata keçirilib - FOTO

Sumqayıtdan Bakı şəhəri istiqamətinə təşkil edilən ekspres avtobuslarla 22 yanvar tarixində 98 reys həyata keçirilib, 2891 sərnişin daşınıb.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumatda deyilir. Agentliyin məlumatında bildirilib ki, avtobusların son dayanacağa çatma müddəti təxminən 35 dəqiqə təşkil edib.
Xatırladaq ki, adıçəkilən marşrut xətti digər nəqliyyat vasitələri eyni məsafəni təxminən 1 saat ərzində qət edə bilir.
Qeyd edək ki, ekspres avtobuslar Sumqayıt Avtovağzalı, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt dairəsi, Ceyranbatan qəsəbəsi, Avtovağzal metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi marşrutu üzrə hərəkət edir.
Avtobuslarda gediş haqqı 0.80 AZN təşkil edir. Ödənişlər nağdsız qaydada həyata keçirilir. Bakıkart balansını artırmaq üçün həm Bakı Beynəlxalq Avtovağzal Kompleksi, həm də Sumqayıt avtovağzalında ödəniş terminalları yerləşdirilib. Sərnişinlər həmçinin “BakıKart” mobil tətbiqi üzərindən QR kod vasitəsilə də ödənişlərini edə bilərlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













