Sumqayıt hadisələrinə görə gələn desantlar Xəzərə necə qərq olublar? - 33 il əvvəl baş verən aviaqəzanın TƏFƏRRÜATLARI

1989-cu ilin əvvəllərində SSRİ rəhbərliyi Sumqayıtdakı hadisələrə görə şəhərə desant qoşunları yeritmişdi. Vəziyyət sabitləşdikdən sonra qoşunların mərhələli şəkildə çıxarılmasına başladı. Hərbi kontingentin bir hissəsi dəmiryolu, digəri isə təyyarə ilə daimi dislokasiya yerlərinə qaytarılmağa başladı.
Lent.az-ın xəbərinə görə, 37-ci desant diviziyasının qismətinə daimi dislokasiya yerinə təyyarə ilə qayıtmaq düşdü. Hamı sevinirdi ki, qatarla günlərlə yol getməyəcək, 3 saat sonra Odessaya enəcəklər.
Həmin gün Abşeron yarımadasında hava şəraiti uçuş üçün əlverişli idi. Desantları və hərbi texnikanı götürən İl-76MD tipli təyyarə Ukraynanın Odessa vilayətinə getmək üçün saat 18.22-də Nasosnı aerodromundan start götürür.
Startdan 5 dəqiqə sonra 1600 metr yüksəklikdə sağ mühərrik alışaraq təyyarədən qopur və qanad mexanizmini zədələyir. Mühərrikin qırıqları kesson və yanacaq çənlərini dağıdır, alov şiddətlənir. Paralel olaraq saat 18.27-də yanğından mühafizə sistemi işə düşsə də, artıq gec idi. Ekipaj şassini açaraq aerodroma qayıtmağa qərar verir. Lakin hidravlik sistem sıradan çıxmışdı. 11 dəqiqə sonra yanğın şiddətlənir və sol tərəfə də keçir. Hava gəmisi idarədən çıxaraq uçuş zolağından 5 250 metr, sahildən 1 500 metr aralıda Xəzərin sularına qərq olur.
Beləliklə, Azərbaycan xalqının azadlıq arzularını boğmaq istəyənlər startdan 16 dəqiqə sonra, saat 18.38-də Xəzərin soyuq sularına qərq oldular. 9 nəfərlik uçuş heyəti və 48 sərnişindən heç birini (cəmi 57 nəfər) xilas etmək mümkün olmur.
İstintaq komissiyasının rəyinə görə, mühərrikin valı yağlanma getmədiyi üçün ifrat qızma nəticəsində qırılaraq bütün mühərriki dağıdıb.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ















