Sumqayıt sakinlərinin yol problemi: Qurum məsələyə aydınlıq gətirdi - VİDEO
Xəbərlər
17 Mart 2021 11:10

Sumqayıt şəhərində yerləşən yeni qəbiristanlığın yolu bərbad vəziyyətdədir. Bu barədə şəhər sakinləri Oxu.Az-ın redaksiyasına şikayət ünvanlayıb. Bildirilib ki, qəbiristanlığın girişindəki bərbad vəziyyətdə olan yol təmir olunmur.
Məsələ barədə Sumqayıt şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Vətəndaşlara xidmət idarəsi ilə əlaqə saxladıq. Qurumdan bildirilib ki, qeyd olunan ərazisinin bir hissəsi Sumqayıt şəhərinin yeni salınmış qəbiristanlığına aiddir:
“Yeni salınmış şəhər qəbiristanlığınının əsas giriş hissəsinə artıq yol çəkilib və asfalt örtüyü döşənilib. Qeyd olunan ərazidə isə avtomobillərin hərəkəti məhdudlaşdırılıb”.
“Sözügedən ərazidə avtomobillərin hərəkəti nəzərdə tutulmayıb. Buna baxmayaraq hazırda həmin ərazidə ziyarətçilərin rahat hərəkətinin təmin olunması, piyada yolunun salınması üçün zəruri addımlar atılır”, - deyə qurumdan qeyd edilib.
Oxunub : 3250
DİGƏR XƏBƏRLƏR
14 Oktyabr 2026 18:15
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
14 Oktyabr 2026 11:03
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
13 Oktyabr 2026 22:08
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
13 Oktyabr 2026 19:02
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
ŞƏRH YAZ












