Sumqayıtda avtomobil çuxura düşərək çevrilib - Yolda çuxuru kim və niyə qazıb? - VİDEO

Avtomobilini usta yanına gətirən sürücü yol kənarında olan çuxura düşüb. Hadisə gecə saatlarında Sumqayıtda, Koroğlu küçəsində baş verib.
Sürücü Azər Hüseynov avtomobili ilə həmin küçədən hərəkət edərək usta yanına dönərkən yol kənarında olan çuxuru görməyib.
Avtomobil 6 metr enində qazılan böyük çuxura düşərək çevrilib. Hadisə zamanı avtomobilə ciddi ziyan dəyib. Sürücü isə yaxınlıqda olan insanların köməkliyi ilə maşından çıxarılıb.
Hadisə yerinə Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub. Xüsusi kran vaistəsilə avtomobil çuxurdan çıxarılıb. Sakinlər bildirir ki, bu hadisə ilk deyil.
Məsələyə Sumqayıt Şəhər İcra Hakimiyyətindən münasibət bildirilib.
Qeyd olunub ki, mövcud ərazi yoldan 20 metr məsafədə və "Acıdərə" kanalının üzərində yerləşir. Həmin çuxur buradan keçən açıq kanalizasiya xəttinin birləşdiyi yer olub. Hazırda "Acıdərə" kanalının qapalı sistemə salınması pörosesi çərçivəsində həmin xətt də boruya salınıb. Ərazidə iş tam yekunlaşdıqdan sonra torpaqlanma işləri həyata keçiriləcək. O da bildirilib ki, həmin ərazi avtomobil hərəkəti üçün nəzərdə tutulmayıb.
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?
Bu yolda təmir başlayır - Sürücülərin nəzərinə!
40 yaşlı sevgilisi tərəfindən öldürülən 24 yaşlı Fatimənin FOTOSU
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan












