Sumqayıtda kanalizasiya suyu küçələrə axır - FOTO - VİDEO

Sumqayıtda çirkab suları küçəyə axır.
Avtosfer.az xəbər verir ki, söhbət şəhərin İnşaatçılar qəsəbəsindən gedir.
Sakinlərin sözlərinə görə, kanalizasiya borusu partlayıb və çirkab suları məhəlləyə dolub:
“Sumqayıt şəhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin yaxınlığıdır. Artıq bir həftəyə yaxındır ki, ərazi bu vəziyyətdədir. Tez-tez belə hallar olur, insanların evlərini kanalizasiya suyu basır. Aidiyyəti üzrə quruma müraciət edilib”.
Məsələ ilə bağlı “Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı oxu.az-a açıqlamasında bildirib ki, sözügedən ərazidəki vəziyyətdən məlumatlıdırlar:
“Sumqayıtda deyilən küçədə kanalizasiya xəttində tutulma var. Aidiyyəti üzrə Sumqayıt Sukanal İdarəsinin briqadaları əraziyə göndərilib. Xüsusi maşın cəlb ediləcək, təzyiqli su ilə kanalizasiya xətti yuyulacaq. Problemin aradan qaldırılması istiqamətində tədbir görülür”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












