Banner

Sumqayıtda piyadalar üçün ən təhlükəli yol - Hər il 3-5 adam ölür - FOTO

Xəbərlər 19 Dekabr 2019 12:25 Oxunub 2304
Sumqayıtda piyadalar üçün ən təhlükəli yol - Hər il 3-5 adam ölür - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər il çoxlu sayda qəza baş verən bu yerdə sfetafora ehtiyac var

Sumqayıt şəhərinin bir sıra küçələrində yol hərəkəti təhlükəsizliyi sakinlərin narahatlığına səbəb olub. Sumqayıtın Katec qəsəbəsinin və Xəzər massivində (bağları) yaşayan bir qrup sakini şəhərin ən böyük küçəsi olan Səməd Vurğun küçəsinin “Ləman”mebel mağazasının yaxınlığındakı 4 yol hissəsində piayadaların keçməsi üçün təhlükəli olmasından şikayətçidir. Sakinlər bildirirlər ki, hər ay yolun bu hissəsində  3-5 yol-nəqliyyat qəzası baş verir ki, onların da 50-60 faizi piyada vurmalarından ibarətdir. İşlək yol olan, avtomobillərin, ələlxüsus yük avtomobillərinin intensiv hərəkət  etdiyi bu küçənin Novruz küçəsi ilə  Pərviz Hüseynov küçələrinin kəsişdiyi hissəsində ildə orta hesabla 30-40 ağır qəza olur ki, onların da  3-5-i piyadaların ölümü, bir çoxunun isə yaralanması, ağır xəzarət  ilə nəticələnir. Bu yolu  piyadalar üçün sözün həqiqi mənasında ölümə aparan yol adlandırmaq olar.

Yerüstü piyada keçidləri olmadığından piyadalar keçid zolaqlarından istifadə edirlər.Yolun bu hissəində ölüm gözlə qaş arasındadır. Bu yol Sumqayıtın Babək küçəsində yerləşən "Hiper” marketin qarşısındakı yoldan da daha təhlükəlidir.Sadəcə olaraq  bu ərazi şəhərin nisbətən kənarında yerləşdiyindən və mətbuatda az işıqlandığından diqqətən kənar qalıb.

Sumqayıtda  piayadalar üçün ,bəlkə də ən təhlükəli ərazi buradır.Qeyd etmək lazımdır ki, Hacı Zeynalabdin qəsəbəsinə aparan bu yol trassa yoludur və  minlərlə sakin yaşayan ərazidə çoxlu sayda şagirdlər  bu yola çıxaraq məktəbə gedir.

Şikayətçi sakinlərdən birinin dediyinə görə təkcə elə bu il bu  yolda  yol qəzası nəticəsində 3 nəfər ölüb ki,onların 2-si azyaşlı məktəbli qız ,biri isə ərazidə yaşayan 39 yaşlı sakin olub.Bu hələ yadda qalanlardır,qeyri-rəsmi statistikadır.Bu yolda baş verən qəzalar haqda  rəsmi statistika daha dəhşətli olar.

Sakinlər deyir ki, burada sfetafor qoyulsa ölümlərin və qəzaların sayı kəskin azalar.Bir sözlə bu yola sfetaforun qoyulması ilə hər il  neçə insanın taleyini,çoxlu sayda insanın şikəst olmasını xilas edə bilər.

Qeyd edək ki,deyilən yolda işıqfor var,amma o çox aralıdadır deyə sakinlər  üçün ondan istifadə etmək çətindir və onlar məcburdular riskə gedərək  yaşayış daha yaxın yerdən keçsinlər.

Ərazidəki yol dirəklərindən belə buarad baş verən qəzaların izlərini aydın görmək olar.

Təqdim edilən fotolar ərazidən səhər çəkilən fotolardır. Axşama doğru, pik vaxtlarda, insanların işdən gəldiyi vaxtlarda yolun bu hissəsi daha təhlükəli və riskli olur. Bu yol əslində, təkcə piyadalar üçün yox, elə sürücülər üçün də təhlükəlidir. Bu problemlə bağlı sakinlər dəfələrlə aidiyyəti orqanlara müraciət ediblər, hətta 102 xidmətinə də zəng ediblər, lakin onlara söz verilsə də hələ əraziyə işıqfor qoyulmayıb və hansısa tədbir görülməyib. Düzdür, deylən yedə piyada keçidi zolağı var, amma bu təhlükəsizliyi tam təmin etmir. Lakin sürücülərin çoxu qaydaları pozaraq piyadalara yol vermir. Əlbəttə, piyadaların ehtiyatsızlığı da qəzalara az şərait yaratmır, amma problemi insanların öhdəsinə buraxmaqdansa daha düzgün olardı,işıqfor quraşdırardılar, ya da daha yaxşı olardı yeraltı, yerüstü keçid quraşdırılsın.

Bier sözlə sakinlər mətbuat vasitəsilə müraciət edərək aidiyyatı qurumlardan bu ərazidə işıqforların quraşdırmasını xahiş edilər.

Maraqlı odur ki, Sumqayıt  Nəqliyyat Departamenti da lap yaxınlıqda yerləşir.

 

Fərid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh