Sumqayıtda yaşıllıqların mühafizəsinə dair əsas problemlər nədir? - FOTO
Xəbərlər
5 Noyabr 2023 21:11

Sumqayıt şəhərində yaşıllıqların götürülməsi, bərpa dəyəri, mühafizəsi və yeni yaşıllıq sahələrinin salınmasına dair maarifləndirici tədbir təşkil olunub. Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan ictimai dinləmədə Sumqayıt şəhər İcra Hakimiyyəti, Sumqayıt şəhər Bələdiyyəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nəzdində Yaşıllaşdırma İdarəsi, ekoloqlar, QHT və KİV nümayəndələrinin iştirakı ilə ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktlarının şərhi, fiziki və hüquqi şəxslərin ekoloji öhdəlikləri ilə bağlı müzakirələr aparılıb.
Agentliyin İdarə Heyəti sədrinin müavini İman Quliyev bildirib ki, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ardıcıl maarifləndirici işlər həyata keçirilsə də, bu sahədə hələ də müəyyən problemlər qalmaqdadır. Təhlillər göstərir ki, sənədlərin hazırlanması və layihələrin icrası zamanı normativ hüquqi aktların və ekoloji ekspertiza rəylərinin tələblərinə tam riayət olunmur. "Bildiyiniz kimi, ekoloji tarazlığın qorunması və yaşıllıqların mühafizəsi dövlət siyasətinin prioritet sahələrindən biridir. Bununla əlaqədar bir sıra mühüm qanunvericilik aktları qəbul edilmiş, normativ sənədlərdə dövlət orqanlarının, bələdiyyələrin, habelə fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir", - deyə qurum rəsmisi vurğulayıb.
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov qeyd edib ki, torpaq mülkiyyətçiləri tərəfindən yaşıllıqların uçotunun aparılması, onlara düzgün aqro-texniki qulluq göstərilməsi, qəzalı və quru ağaclarla bağlı operativ şəkildə müraciət edilməsi çox önəmli məsələdir. Həmçinin layihələrin icrası zamanı ekoloji normalara riayət olunması - təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin, yaşıllıq balansının qorunub saxlanılması və daha da artırılması xüsusi əhəmiyyət kəsb edir.
Çıxış edən ekspertlər də Sumqayıt şəhəri ərazisində qurumuş, binalara bitişik, yaxud çox yaxın əkilən yaşıllıqların, xüsusən bioloji inkişaf dövrünü başa vurmuş qovaq ağaclarının təhlükə yaratdığını, həmçinin bu problemlərdən çıxış yollarını qeyd ediblər. Eyni zamanda hər bir layihənin ətraf mühitə təsiri və kompensasiya mexanizmlərinin qiymətləndirilməsinin, xüsusilə mövcud yaşıllıqların landşaft elementi kimi qorunmasının vacibliyindən söz açılıb.
Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləmə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğu vurğulanıb.
Oxunub : 940
DİGƏR XƏBƏRLƏR
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
12 Noyabr 2026 19:04
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
12 Noyabr 2026 18:22
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
12 Noyabr 2026 18:05
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
12 Noyabr 2026 14:36
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
12 Noyabr 2026 12:44
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
11 Noyabr 2026 22:45
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
ŞƏRH YAZ


















