Suraxanıda dövlət mülkiyyətini oğurlayan dəstə üzvləri saxlanılıb - FOTO

Suraxanı rayonu 4-cü Mədən ərazisi adlanan yerdən dövlət mülkiyyətində olan dəmir boruları qanunsuz olaraq kəsib oğurlayan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarınını həyata keçirdikləri əməliyyat–axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Səid Əlizadə, Rüstəm Mirzəyev və onun qohumu Sərxan Mirzəyev tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər ümumi uzunluğu 50 metrə yaxın olan dəmir boru xəttini kəsərək R.Mirzəyevin idarə etdiyi avtomobillə həmin ərazidən aparıblar.
Həmin şəxslər saxlanılan zaman oğurlanan borular onlardan aşkar olunaraq götürülüb.
Faktla bağlı 31-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir. Dəstə əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.



Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












