Suraxanıda növbəti küçə asfaltlandı - FOTO

Bakının Suraxanı rayonunda geniş abadlıq-quruculuq işləri davam etdirilir.
İcra Hakimiyyətindən Avtosfer.az -a daxil olan məlumatda qeyd olunur ki, rayon ərazisində növbəti küçə asfaltlanıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı Əziz Əzizovun sakinlərlə keçirdiyi görüşlər zamanı səsləndirilən müraciətlər nəzərə alınaraq, rayon ərazisində qəsəbələrarası və məhəllədaxili küçələrdə asfaltsız yolların yenidən qurulması və abadlaşdırılması mərhələli şəkildə davam etdirilir.
Hazırda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Hövsan qəsəbəsi, Məktəbli küçəsində uzunluğu 1500 metr olan yolda 8100 kv.m asfalt örtüyü salınır.(Qafqazinfo)

![]()
![]()
![]()



Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












