"Sürücü bir nəfər sərnişinlə belə ora girə bilməz, ciddi məsuliyyət daşıyır" - Nəqliyyat eksperti

Paytaxtda bir sıra şirkətlərə məxsus marşrut xətləri üzrə işləyən avtobuslar içərisində sərniş ola-ola yanacaqdoldurma məntəqəsinə daxil olması halı ilə tez-tez rastlaşırıq. Eyni hal rayonlararası avtobuslarda da yaşanır. Bununla yanaşı bu hal bir sıra şirkətlərə məxsus taksilərdə də yaşanır.
Amma qanunla bu qadağandır. Sərnişinlə yanacaqdoldurma məntəqəsinə daxil olmaq birbaşa qanun pozuntusudur. Belə hallara görə sürücülər məsuliyyətə cəlb edilməlidir.
Bəs, təhlükə mənbəyi olan bu halın qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Redaktor.az-a danışdı.
O dedi ki, sərnişin dolu avtobusların yanacaqdoldurma məntəqələrinə girib yanacaq alması adi hala çevrilib:
"Biz bunun çox zaman şahidi oluruq. Əlbəttə ki, bu, qanunla qadağandır, yol hərəkəti qanunun 56-cı maddəsində bu barədə nəzərdə tutulubdur. Hətta avtobusun içərisində bir nəfər belə sərnişin olsa, ora girə bilməz. Bu, təhlükəsizlik baxımından çox ciddi məsələdir, yəni çox ciddi təhlükədir. Həm də İnzibati Xətalar Məcəlləsinin 327.2 maddəsinə əsasən inzibati xəta pozuntusu kimi qəbul olunur və həmin sürücünü 60 manat və üç bal cərimə gözləyir.
Bu barədə ciddi tədbirlər görülür və görülməlidir də. Bir neçə dəfə görmüşəm yol patrul xidməti əməkdaşları avtobus sürücülərini tənbeh edirlər, cərimə tətbiq ediblər, daha da ciddi olmalıdırlar. Çünki burada onlarla insanın həyatından söhbət gedir. Onların həyatı hər şeydən dəyərlidir, qiymətlidir. Ona görə də bu məsələyə çox ciddi yanaşılmalıdır. Belə bir hal olduğu zamanda biz sərnişinlərdən xahiş edirik ki, onun şəklini çəkib paylaşsınlar, müvafiq qurumlara göndərsinlər. Eyni zamanda sosial şəbəkələrdə paylaşılan vaxta anında o məsələ geniş vüsət tapır və öz ünvanına çatır".
Bu marşrutların dayanacaq məntəqələrinin yerləri dəyişdirildi
Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları DƏYİŞDİRİLDİ
Xırdalan – Sumqayıt sərnişin qatarlarının hərəkəti BƏRPA OLUNUR - VİDEO
Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI
Azərbaycanda 13 yaşlı qız hamilə qaldı - Atasının 45 yaşlı dostu həbs edildi
Bakıda nişan və piyada keçidi tıxac yaradır? - VİDEO
“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir? - VİDEO
10 kiloqramlıq narkotik əməliyyatı: İmişlidə qadın saxlanıldı
Bakıda mağazada uçqun: Qadın dağıntılar altında qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - VİDEO
FHN-dən Qubada baş verən zəlzələ ilə bağlı AÇIQLAMA










