Sürücü hər dayanacaqda saxlamağa borcludurmu?

Birinci Avropa oyunlarından sonra Bakıya gətirilən avtobuslarda sərnişin-sürücü rabitəsi elə Avropadakı kimidir. Sərnişin lazımi dayanacağa yaxınlaşarkən düyməni basır və sürücü dayanacaqda saxlayır. Bəs bu metod nə üçündür?
Məlumdur ki, qapı avtobusda ən tez sıradan çıxan detaldır. Həm avtobusu qorumaq, həm də lüzumsuz dayanmanı aradan qaldıraraq yanacaq sərfiyyatını azaltmaq üçün Avropada iş metodu belədir: əgər sərnişin enmə düyməsini basmırsa və dayanacaqda sərnişin yoxdursa sürücü yoluna davam edir.
Bizdə də bu sistem tətbiq olunmağa çalışılsa da, təəssüf ki, hələ tam yerinə oturmayıb. Elə son günlərdə gördüyüm 2 hadisə bunu deməyə imkan verir: sürücü dayanacaqda saxlamadan keçdiyi üçün orta yaşlı qadın qapını yumruqladı və sürücünün ünvanına xoş olmayan sözlər işlətdi. Obyektivlik naminə sürücü ədəblə “xanım, düşmək istəyirsinizsə düyməni basın” dedikdə sərnişin, “ə,... qoyun astanovkada saxlamaq sənin borcundur” (qeyri-etik söz çıxarılmaqla üslub saxlanılıb – müəl.) deyib maşından düşdü.
Yenə, axşam üstü Xocəsən stansiyası qarşısındakı dayanacaqdan yola düşdükdə sürücü mikrofonla elan etdi ki, düşmək istəyən düyməni bassın. Bu anda yaşlı bir kişi şüşəni yumruqlayaraq “qabaqda saxla” deyərək uca səslə sürücüyə səsləndikdə gülüş hədəfinə çevrildi. Sərnişinlər bu dəfə yaşlı sərnişini düyməni basmaqla bağlı sözün həqiqi mənasında maarifləndirdilər.
Dərd burasındadır ki, bu cür davrananlar elə sovet dövründəki kolxozsayağı vərdişlərdən sivil formaya keçmək istəmirlər. Bəs nə vaxta qədər?
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












