Sürücü maşınla yol vermədiyi həmkarını küçədə döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Əmir Amilovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə dövlət nəfinə 20 faiz pul tutulmaqla, o, 11 ay 22 gün müddətinə islah işləri cəzasına məhkum edilib.
İttihama görə, hadisə ötən il Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “OBA” marketin yaxınlığında qeydə alınıb.
Belə ki, Əmir Amilov özünə məxsus “AzSamand” markalı avtomobil ilə hərəkətdə olan zaman ondan arxada hərəkət edən zərərçəkmiş Samir Mayılovun (şərti) idarə etdiyi “Ford Transit” markalı avtomobilinə yol verməyib, onun qarşısını kəsib. Bu zaman o, küçədə zərərçəkmiş şəxslə mübahisə edərək dalaşmağa başlayıb. Sonra Əmir ondan ayrılıb avtomobilinə əyləşdikdə zərərçəkmişə məxsus həmin maşının sol yan şüşəsini yumruğu ilə qəsdən vuraraq sındırıb. Daha sonra şüşə hissələri Samirin üz nahiyəsinə dəyib və ona 20 manat ziyan dəyib. Bu zaman Əmir idarə etdiyi avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmaq istədikdə maşının qapısından tutub onu saxlamaq istəyən zərərçəkmiş şəxsi qəsdən nəqliyyat vasitəsi ilə sürüyərək, sağlamlığına zərər vurmayan bədən xəsarəti yetirib.
Hadisədən sonra Əmir Amilov saxlanılıb, barəsində Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Pravda.az
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












