Sürücü piyadanı maşına basıb döymək istədi - “Range Rover” - 007

Oktyabrın 10-da, saat 18.30 radələrində Binəqədi rayonu ərazisində insident baş verib. “Range Rover” markalı, 90 BZ 007 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yolu keçən piyadaya əsəbləşərək ona hücum çəkib. Avtosfer.az xəbər verir ki, şahidlərin verdiyi məlumata görə, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 211 ünvanında 33 yaşlı sürücü Tural Rafiq oğlu Rüstəmov 20 yaşlı piyada Araz Nazim oğlu Quluzadənin yolu ləng keçdiyini bəhanə edərək maşını saxlayıb və ona hücum çəkib. Sürücü piyadanı vuraraq onu maşına mindirməyə və aparıb başqa yerdə döyməyə çalışıb. Lakin ətrafdakı insanlar buna imkan verməyiblər. Bundan sonra sürücü maşına oturaraq oradan uzaqlaşıb.
Araz Quluzadə isə dərhal Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə gedərək şikayət edib. İlkin araşdırmalar zamanı məlum olub ki, avtomobil əslində, bir qadının adınadır. Tural Rüstəmov onu etibarnamə ilə idarə edir. Hazırda həmin avtomobilin 15 ödənilməyən MMX protokolu var.
Polis bölməsindən Sputnik Azərbaycan-a bildiriblər ki, vətədanşın şikayəti əsasında araşdırmalara başlanılıb və sürücünün kimliyi müəyyən edilib. O, polis bölməsinə dəvət olunsa da, gəlməyib.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












