Sürücü səsboğucuya görə yazılmış protokolu necə ləğv etdirdi?

Avtosfer.az-a məktub ünvanlayan sürücü yol polisi tərəfindən ona haqsız olaraq yazılmış protokolun 5 ay sonra ləğv olunması barədə yazıb. Sürücü bildirir ki, idarə etdiyi avtomobil 2018-ci il okyabrın 2-də YPX əməkdaşları tərəfindən saxlanılıb və səbəb göstərilmədən duracağa aparılıb. Sürücünün 102 xidmətinə şikayətindən sonra səsboğucu dəyişilməsini və avtomobilin səsinin "çox olmasını" əsas götürüb İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə (Mühərrikin səs gücünü artırmaq məqsədi ilə avtomobilin işlənmiş qazları xaric etmə sistemində normativ qaydaları pozmaqla avadanlığın quraşdırılması və dəyişdirilməsi) protokol tərtib olunub.
Bundan sonra sürücü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində olub. Sürücüyə bildiriblər ki, səsboğucunu dəyişdiyimə görə avtomobil duracaqda qalacaq. Sürücü bununla bağlı şikayət edərək səsin ölçülməsini tələb edib. Lakin bu da bir nəticə verməyib. Səsölçən cihazın sertifikatı olmayıb və hər hansı akt tərtib olunmayıb.
Sürücü yuxarı instansiyalara müraciət etsə də DYP-nin haqlı olduğunu bildiriblər. Bundan sonra sürücü Nərimanov rayon Məhkəməsinə müraciət edib. İlk olaraq ekspertiza təyin olunub. Amma Məhkəmə Ekspertiza Mərkəzi işi rədd edərək səbəb kimi şumamerin mərkəzdə olmamasını bildirib. Sürücünün qaldırdığı vəsatətlərin əsasında hakim ekspertiza təyin edib. Ekspertizanı BDYPİ keçirib. Ekspertizadan sonra bir neçə məhkəmə prosesi olub. Təxminən beş aydan sonra 05.03.2019-cu il tarixində məhkəmə protokolun ləğv olunması haqqında qərar qəbul edib. Sürücü bu qərarla avtomobilini duracaqdan götürüb. Amma beş ay müddətində avtomobilsiz qalıb.
Fərid
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












