Sürücü yol polisindən şikayət edir: cərimə səhv yazılıb? - VİDEO - FOTO

Yol polisi tərəfindən cərimələnən sürücü redaksiyamıza şikayət ünvanlayıb. Oxucu Əliyev Elşən Avtosfer.az-a məlumat verərək bildirib ki, dekabrın 17-i paytaxtın Nobel prospektində idarə etdiyi avtomobili yolun kənarında park etmək üçün təxmini 20 metr geriyə hərəkət edib. Bu zaman həmin ərazidə xidmət aparan 99-YP-434 qeydiyyat nişanlı yol patrul xidməti avtomobilində xidmət aparan inspektor Mirzəzadə Elvin tərəfindən saxlanılaraq 4 bal 100 manat məbləğində cərimələnib. Sürücü protokolun qanunsuz yazılmasını iddia edir.
Qeyd edək ki, "Yol Hərəkəti Haqqında" qanunun 42-ci maddəsinin XIII hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Bu qaydanın pozulmasına görə sürücü 4 bal 100 manat yox, 40 manat məbləğində yəni, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilə bilər.
Cərimələnən sürücü Bakı Şəhər Dövlət Yol Polisi idarəsinə şikayət etməsinə baxmayaraq şikayət təmin edilməyərək qərar qüvvədə saxlanılıb.
Təbriz
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ















