Sürücü yol polisini məhkəməyə verir - Qanunsuz evakuasiya iddiası

Bakı şəhər sakini Faiq Rüstəmli avtomobilinin qanunsuz evakuasiya olunduğunu iddia edir. Avtosfer.az xəbər verir ki, bu səbəbdən “Qafqazinfo”ya müraciət edən sürücü hadisənin iyulun 7-də axşam saatlarında Yusif Vəzir Çəmənzəminli küçəsində baş verdiyini deyib:
“Avtomobilim qanunsuz olaraq evakuasiya edilib. Bununla bağlı Bakı Şəhər Yol Polisi idarəsinə yazılı müraciət etdim. Müraciətim əsasında idarəyə dəvət olundum. Avtomobilimin dayanma-durma işarəsinin təsir dairəsində olmağı barədə heç bir sübut təqdim edə bilmədilər. 17 iyul tarixdə rəsmi qaydada cavab aldım ki, müraciətim araşdırılıb və evakuasiya qanuna uyğun olaraq aparılıb. 21 iyul tarixində isə qərar qəbul olunub. Qərarın surəti bu günə qədər mənə təqdim edilməyib, 3 dəfə BŞDYP idarəsində olmuşam, 4 dəfə 102 xidmətinə zəng vurmuşam. Xeyri yoxdur. Hesab edirəm ki, qərarı qərəzli olaraq mənə göndərmirlər ki, məhkəməyə müraciət edə bilməyim və 2 ay cərimə ödənilmədiyinə görə avtomobilimə həbs qoyulsun”.
Məsələylə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, vətəndaşa cavab verilib və həmin cavab əsasında məhkəməyə müraciət edə bilər: “Hesab edirsə ki, ona qarşı yol polisi tərəfindən qanunsuz hərəkət edilib, buyursun, məhkəməyə müraciət eləsin. Biz ona mane ola bilmərik. Sizə müraciət etdiyi formada bizə də yaxınlaşsın, görək nə istəyir. Deyir, dəfələrlə burda olub, qərar ala bilməyib. Nəyin qərarını ala bilməyib? Bəs o əlindəki məktub nə deməkdir? Deməli, ona bütün informasiya verilib”.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












