Sürücülər gecəni avtomobillərdə keçirməyə məcbur olublar

İsveçdə aprel ayında 1991-ci ildən bəri müşahidə olunmayan rekord dərəcədə soyuqlar qeydə alınıb. İsveç Hidrologiya və Meteorologiya İnstitutunun meteoroloqu Erik Hoyqord-Olsenin sözlərinə görə, ilin bu fəsli üçün anomal soyuq hava şəraitidir.
Avtosfer.az “Azərtac”a istinadən xəbər verir ki, ölkənin cənubuna yağan güclü qar nəqliyyatın hərəkətini iflic vəziyyətinə salıb, nəticədə, Е4 trasında, Yençeping yaxınlığında kilometrlərlə tıxaclar yaranıb. Yol hərəkəti iştirakçıları yollar təmizlənənə qədər bütün gecəni avtomobillərində keçirməyə məcbur olublar.
İsveç Nəqliyyat Administrasiyasının məlumatına görə, trasdakı uzun növbələrə səbəb köhnəlmiş təkərləri olan ağır nəqliyyat vasitələridir. Xilasedici xidmətlər zərərçəkənləri su ilə təmin etmək üçün hadisə yerinə kvadrasikllərlə gediblər. Bir neçə nəfər, o cümlədən qəflətən xəstələnən və anası ilə birlikdə xəstəxanaya çatdırılan bir yaşlı uşaq təxliyə olunub.
Çərşənbə günü gecə saatlarında Vesterbotten dairəsindəki meteoroloqlar mənfi 32,4 dərəcə, Laplandiya dağlarında isə 34,1 dərəcədə temperatur qeydə alıblar.
“Bu, Vesterbotten dairəsində aprel ayında bütün müşahidələr tarixində ən aşağı temperaturdur”, - deyə Erik Hoyqord-Olsen vurğulayır.
Ölçmələr başlayandan bəri qeydə alınan ən aşağı aprel temperaturu mənfi 36,5 təşkil edir. O, 1915-ci ildə ölkənin şimalında Karesuandoda müşahidə edilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












