Xarici nömrəli maşın sürənlər Gömrük Komitəsindən şikayətçidir: "Sənədi vermir..."

Gürcüstan dövlət nömrə nişanlı avtomobil idarə edən şəxslər yenidən problemlə üzləşiblər. Bu barədə “MediaPost”a müraciət edən sürücülər bildirib ki, Gömrük Komitəsi aylardır avtomobilləri dayanacaqda saxladıqdan sonra onlardan parkinq pulu alaraq avtomobilləri qaytarıb. İndi də yol polisi onlara avtomobil idarə etməyə imkan vermir. Müddətin bitdiyini bildirərək avtomobilləri cərimə meydançasına aparırlar.
Şikayətçilər deyir ki, pandemiya ilə əlaqədar olaraq nə Gürcüstana gedə bilirlər, nə də burada rahat hərəkət etməyə icazələri yoxdur. "Dövlət Miqrasiya Xidməti iki aylıq dövlət rüsumu aldıqdan sonra Gürcüstan vətəndaşlarına pandemiya bitənə qədər ölkədə qalmaq üçün icazə verib. Amma Gömrük Komitəsi 3 aylıq müddət bitdikdən sonra girov müqabilində avtomobili ölkədə idarə etmək üçün şərait yaratmır. Çox çətin vəziyyətdə qalmışıq. Yol polisi bizi saxlayır və sənəd tələb edir. Gömrük Komitəsi isə həmin sənədi vermir", - şikayətçilər bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 258-ci maddəsinin müvafiq bəndlərinə əsasən aşağıdakı hallarda xarici ölkə vətəndaşları Azərbaycana 90 gündən artıq müddətinə avtomobillərini gətirə bilərlər.
258-ci maddə aşağıdakı kimidir:
Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları
258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:
258.1.1. girov;
258.1.2. veksel zaminliyi (aval);
258.1.3. bank qarantiyası;
258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;
258.1.5. sığorta müqavilələri;
258.1.6. üçüncü şəxsin zaminliyi;
258.1.7. avans ödəmələr.
258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir.
258.3. Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Xatırladaq ki, qanunvericilikdə bu müddəalar nəzərdə tutulsa da icra olunmur.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev söyləyib ki, bu barədə rəsmi müraciət olunmadığı üçün dəqiq bir cavab verə bilməyəcək: “Amma həmin şəxslərin hansı ölkənin vətəndaşları olmalarından asılı olmayaraq xarici dövlətdə daimi qeydiyyatdan çıxarılmadan Azərbaycana gətirilən nəqliyyat vasitəsinin ölkəyə daxil olduğu gündən 90 gün müddət keçibsə və gömrük orqanlarının verdiyi müvafiq icazə sənədi yoxdursa, həmin avtomobillərin Azərbaycan ərazisində idarə edilməsi, mövcud qanunvericiliyin tələblərinin pozulması hesab olunur və bu hərəkət inzibati məsuliyyət yaradır".
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












