Sürücülər şikayət edir: Bu dairəyə svetofor qoyulsun - VİDEO

Paytaxtın Yasamal rayonunda yaşayan sakinlər redaksiyamıza şikayətlər ünvanlayaraq tıxacda qaldıqlarını bildiriblər. Avtosfer.az">Avtosfer.az xəbər verir ki, söhbət Yasamal rayonu Nazim Hikmət küçəsindən gedir. Belə ki, kənar dairəvi yolla hərəkət edən sürücülər həm sağa- Nazim Hikmət küçəsinə, həm də düzünə- Yeni Yasamal istiqamətinə hərəkət edə bilir. Düzünə Yeni Yasamal istiqamətinə və eynən əks istiqamətdən kənar dairəvi yola gələn nəqliyyat vasitələrinə baş yol olduğu üçün, Nazim Hikmət küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri tıxac yaradır.
Ona görə də sürücülər həmin dairəyə svetofor obyektinin quraşdırılmasını xahiş edir ki, hərəkət növbəli şəkildə olsun.
Daha bir sıxlıq isə Nazim Hikmət küçəsi ilə A.M.Şərifzadə küçəsinin kəsişməsində baş verir. Belə ki, hal hazırda Nazim Hikmət küçəsi ilə hərəkət edən sürücülər, Şərifzadə küçəsinin kəsişməsində istənilən istiqamətdə hərəkət edə bilirlər. Oradan sola dönmək istəyən sürücü sayı çox olduğu üçün yolayrıcında dayanıb qarşıdan gələn nəqliyyat vasitələrinə yol verən zaman Nazim Hikmət küçəsində tıxac yaranır. Həmin kəsişmədə hərəkətin təşkilinə dəyişiklik edərək yalnız düzünə və sağa hərəkət təşkil edilməlidir ki, Nazim Hikmət küçəsində tıxac yaranmasın.
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ













