Sürücülərin NƏZƏRİNƏ! Bu yolda diqqətli olun - VİDEO

Abşeron rayon ərazisindən Sumqayıta daxil olarkən istifadə edilən körpüdə böyük dəlik əmələ gəlib. Körpünü altı boş olduğu üçün dəlik sürətlə böyüyəcək və sürücülər üçün təhlükə yaradacaq. Təhlükənin miqyasını artıran başqa bir məqam isə körpünün altından dəmir yolu xəttinin keçməsidir.
Buradan Sumqayıta və ya əks intiqamətdə həm minlərlə avtomobil istifadə edir, həm də körpünü alt hissəsindən dəmir yolu xətti keçir. Hazırda körpü istifadə edənlər üçün əsil təhlükə mənbəyidir.
Şəhər daxili yollara və o istiqamətdə olan bütün körpülərə Sumqayıt şəhər İcra Hakimiyyəti nəzarət edir. Mövcud məsələ ilə bağlı icra hakimiyyətindən bildirildi ki, körpüdəki vəziyyətin araşdırılması və tədbirlərin görülməsi üçün aidiyyəti üzrə təcili tədbirlər görüləcək.
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












