Sürücülük vəsiqəsi olmayan avtobus sürücüsü həbs edildi

Sumqayıt-Bakı xətti üzrə müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən avtobuslardan birinin sürücüsü həbs edilib.
Avtosfer.az xəbər verir ki, “Ford Transit” markalı avtobusla sərnişin daşıyan Şamaxı rayon sakini, 1993-cü il təvəllüdlü Orxan Rüstəmlinin (şərti) sürücülük vəsiqəsinin olmaması məlum olub. Belə ki, o, avtobusla Nəsimi rayonu ərazisində - metronun “20 Yanvar” stansiyasının qarşısında olarkən yol hərəkəti qaydalarını pozub. Bu zaman yol polisi əməkdaşları Orxanı saxlayaraq sənədlərini tələb ediblər. Sürücülük vəsiqəsi və etibarnaməsi olmayan Orxan isə polisə müqavimət göstərməyə başlayıb. Bundan sonra əraziyə 19-cu Polis Bölməsinin əməkdaşları dəvət edilib və sürücü saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib edilib.
Protokol iyulun 25-də Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə avtobusu sürücülük hüququ olmadan idarə edərək sərnişindaşıma fəaliyyəti göstərən şəxsə 10 sutka həbs cəzası verilib.(Qafqazinfo)
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












