Şuşa-Laçın yolu açılır: Xankəndi istiqamətində isə…

Laçın şəhəri, Laçın dəhlizi və Zabux kəndi Azərbaycana təhvil verildikdən sonra bölgəyə gediş-gəlişdə mühüm dəyişikliklər baş verəcək. Çünki Laçın rayonuna bir neçə istiqamətdən yol gedir. Zabux, Güləbird istiqamətindəın çıxan yol Laçın rayon mərkəzinə daxil olur. Laçının mərkəzindən isə rayonun bütün ərazisinə Şimal-Qərb istiqamətindən, yaylaqlardan keçməklə Kəlbəcərə getmək mümkün olacaq.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, bölgədə yeni tuneller çəkilir:
"Kəlbəcərə Toğanalıdan və Daşkəsəndən yeni yolların çəkilişi gedir. Eyni zamanda Kəlbəcərdən Laçına keçən yeni gözəl yollar inşa edilir. Artıq Xankəndidən çıxıb Şuşa istiqamətində, Zabux çayından keçməklə Ermənistana daxil olacaq yolun çəkilişi yekunlaşır. Bu yolun inşası yekunlaşdıqdan sonra əvvəlki dədə-baba Şuşa-Laçın yolu açılacaq. Burada olan rus sülhməramlıları da yeni yola keçəcək”.
Millət vəkili deyib ki, Laçın dəhlizi bizim nəzarətimizə keçdikdən sonra Şuşadan çıxan maşınlar Laçından keçməklə Kəlbəcərə, oradan da Daşkəsən və Göygöl istiqamətinə hərəkət edə biləcək:
“Dövlət başçısı da qarşıya məqsəd qoyub ki, tez bir zamanda azad edilmiş ərazilərə yeni yollar çəkiləcək. Bu da bərpa-quruculuq və məskunlaşma üçün olduqca vacibdir”.
Elman Məmmədov hesab edir ki, bu gün Zabux kəndində yaşayan hansısa livanlı bir erməninin oradan çıxmamaqla bağlı dediyi sözlərin heç bir əhəmiyyəti yoxdur: “Çünki bu ərazilərin əsl sahibləri artıq öz yurd-yuvasına qayıdacaq”.
Basqalda baş verən sürüşmə ərazini tanımayanlara qəza riski yaratdı - VİDEO
Bakıda mal əti bahalaşdı: Səbəblər AÇIQLANDI
Həzi Aslanovda tikinti işlərinə etiraz: “Binanın altı qazılır” - VİDEO
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
Toy menyuları bahalaşıb: Qiymətlər 400 manata çatır
Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol bağlanacaq
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?










