Şuşanın işğalından bir neçə saat əvvəl - FOTO

İran əsilli məşhur fransalı fotoqraf Rza Diqqəti öz “Instagram” səhifəsində Şuşa şəhəri ilə bağlı paylaşım edib.
Fotoqraf “Şuşada sonuncu çay, 1992-ci il” və #karabakhisazerbaijan, #shusha #Karabakh həştəqi ilə Şuşada işğaldan bir neçə saat əvvəl çəkdiyi fotoları və xatirələrini yazıb.
R.Diqqəti yazısında qeyd edib ki, Şuşa Qarabağ regionunun tarixi və mədəni mərkəzi və Azərbaycanın son strateji dayağı idi:
“1992-ci ilin aprelində Şuşaya gedən bütün yollar erməni qoşunları tərəfindən idarə olunurdu, azərbaycanlılara bu vacib şəhərə çatmaq üçün dağın üstündən keçmək lazım idi. Erməni hərbçiləri uzun aylar mühasirədə saxladıqdan sonra 8 may 1992-ci ildə şəhəri ələ keçirmək üçün əməliyyatlara başladılar.
Üç tərəfdən hücuma keçdilər, Azərbaycanın hərbi hissələrini və mülki insanları yerləşdikləri təpələrdə mühasirəyə aldılar. Bir neçə saat ərzində erməni silahlı qüvvələri yüzlərlə kişi, qadın və uşağı yaraladı və öldürdü.
Şəhəri ələ keçirdikdən sonra quldurlar və vandallar əsas mədəniyyət mərkəzlərini, muzeyləri, məscidləri və məktəbləri yandırdılar. Şuşadakı mədəni məkanların əksəriyyəti talan edildi və ya yandırıldı, bütün azərbaycanlılar isə qaçmağa məcbur edildi. Şuşa şəhəri Azərbaycanın erməni qoşunlarının ələ keçirdiyi böyük şəhərlərindən biri idi”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












