T-70 helikopterləri bu ilin sonunadək Türkiyə ordusuna təhvil veriləcək

Türkiyənin TUSAŞ şirkəti tərəfindən istehsal edilən T-70 ümumi təyinatlı helikopterləri bu ilin sonunadək Türkiyə ordusuna təhvil veriləcək. Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin “SavunmaSanayiST” nəşri yazıb.
Helikopter TUSAŞ-ın ASELSAN və “Sikorsky” ilə strateji əməkdaşlığı çərçivəsində dünyanın ən müasir avionika arxitekturalarından biri ilə istehsal olunur.
S-70i helikopteri əsasında hazırlanan uçuş platformasının istehsalında “Alp Havacılık” və TEI şirkətləri də iştirak edir.
Proqram çərçivəsində TUSAŞ, kabin, kokpit, quyruq konusları, üfüqi və şaquli quyruq, əsas və quyruq rotor qanadları kimi bütün əsas hissələrin istehsalı və sınaqlarını həyata keçirəcək. Şirkət, həmçinin inteqrasiya olunmuş logistik dəstək verəcək.
Proqram sınaq uçuşu fəaliyyətləri ilə davam edir. Mühəndislik testi fəaliyyətləri başa çatdıqdan sonra kvalifikasiya/qəbul testləri başa çatacaq. Bu ilin sonuna qədər ilk tədarüklərin həyata keçirilməsi planlaşdırılır.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












