Tacikistanda yanacağın qiyməti qalxır, qıtlıq yaşanır

Tacikistanda maye qaz və benzinin qiymətlərinin davamlı artması yanacaqdoldurma məntəqələrində yanacaq qıtlığına səbəb olub.
Avtosfer.az xəbər verir ki, məlumatı “Asia-Plus” yayıb.
Bildirilib ki, bəzi yanacaqdoldurma məntəqələrində maye qazın qiyməti 8 somoniyə (1,30 manat) çatıb, daha ucuz olanlarda isə 7,20-7,80 somoni (1,20-1,22 manat) arasında limit tətbiq edilib.
Bildirilib ki, iki-üç saat ərzində yanacaqdoldurma məntəqələri bir gün üçün nəzərdə tutulan bütün yanacağı satır, növbəti günə qədər bağlanır.
Sürücülər şikayət edərək lazımi yanacaq növünü tapmaq üçün bir yanacaqdoldurma məntəqəsindən digərinə dolaşmağa məcbur oluduqlarını vurğulayıblar. Məsələn, bu gün səhər saatlarında (oktyabrın 24-də) Düşənbə sakini olan sürücü ard-arda dörd yanacaqdoldurma məntəqəsində benzin tapmadığından şikayətlənib.
Yanacağın qiymətinin qalxması nəqliyyatda gediş haqlarına da təsir göstərib. Əvvəllər 7 somani gediş haqqı alan taksi sürücülərü indi eyni məsafəyə görə 10 somani tələb ediblər.
2023-cü ilin birinci yarısında respublikaya 100 milyon dollar dəyərində 174 min tondan çox müxtəlif markalı benzin idxal edilib. Bu həcmin 59 faizi “Qazpromneft-Tacikistan” şirkətinin payına düşür.
Qeyd edək ki, Tacikistan neft məhsullarını əsasən Rusiya (85,4 faiz), Qazaxıstan (5,1 faiz), Türkmənistan (4,4 faiz), Özbəkistan (2,6 faiz) və digər ölkələrdən (2,5 faiz) idxal edir.
Maye qaz isə əsasən Qazaxıstandan (73,5 faiz) və Rusiyadan (təxminən 24,7 faiz) nəql olunur.
Report
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










