Tahir Kərimli: “Cərimələri, doğrudan da, “azParking” özü müəyyən edirsə, buna ixtiyarı yoxdur”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yeni yaradılan “azParking” mobil tətbiqi barədə narazılıqlara münasibətini bildirib.
T.Kərimli Pravda.az-a açıqlamasında deyib ki, AYNA-nın atdığı addım başadüşləndir.
“Ciddi qayda yaratmaq lazım idi, çünki ayr-ayrı şəxslər sürücülərdən parklama yerlərinə görə pərakəndə şəkildə pul alırdılar. Bu pul necə toplanırdı, hara gedirdi? Toplanan puldan vergi verilirdimi? Heç bir qayda yox idi. Hazırkı qayda isə buna hesablanıb ki, hər kəs videomüşahidə altında olacaq. Parklanma nəticəsində ödənilən vəsait isə vahid mərkəzə toplanacaq. Yəni birbaşa nəzarət olacaq. Birincisi, intizam yaranır ki, ayrı-ayrı şəxslər sürücülərdən pul toplamasınlar, ikincisi, vəsaitin hara getdiyi məlum olacaq, qanundankənar mənbələrin olması barədə fikirlər aradan qalxacaq. Doğru addımdır, bir sıra dövlətlərdə də bu qayda tətbiq edilir. Əlbəttə, “azParking”lə 15 dəqiqə müddətində avtomobili park etmək ödənişsiz, sonrakı dəqiqələr isə ödənişlidir. Onsuz da kim avtomobilini müxtəlif ərazilərdə park edirdisə, hər dəfə ayrı-ayrı adamlar ondan pul tuturdu. Yeni qayda isə maliyyə intizamı və nəzarət yaradır. Yaxşı haldır, etiraz etmirəm”, - deputat bildirib.
T.Kərimli sürüclərə cərimələrin “azParking” tərəfindən yazılması, qanunda boşluqlar olması barədə narazılıqlara isə belə cavab verib:
“Parklanma zamanı “azParking” aktiv olmayanda sürücülər cərimə olunurlar. Düşünürəm, bu məsələ vahid müşahidə sistemi ilə mərkəzdən idarə olunur. Yəqin ki, cərimələr Dövlət Yol Polisi tərəfindən tətbiq ediləcək. Əgər cərimələri, doğrudan da, “azParking” özü müəyyən edirsə, buna ixtiyarı yoxdur. Bu məlumatlar özünü doğrultsa, düzgün qayda deyil və hansısa sui-istifadə halı deməkdir. Onsuz da varlı olmayan sürücülərin əməkhaqları azdır. Cərimə isə sürücülərin daha çox ödəniş etmələrinə səbəb ola bilər. Mərkəzlə dəqiqləşdirərik, əgər doğrudan da qanunvericilikdə dəyişiklik etməyə ehtiyac varsa, zərurət yaranır ki, məsələni qaldırıb aidiyyəti şəxslərlə Milli Məclis səviyyəsində müzakirə edək”.
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ











