"Taksi sifariş etdiyiniz zaman fərqli avtomobil gəlsə..." - AYNA-dan müraciət

Taksi şirkətləri tərəfindən tez-tez saxtakarlıq halları ilə qarşılaşırıq. Tətbiqdə qeyd olunan avtomobil yerinə başqası gəlir yaxud sürücü başqasının adı ilə qeydiyyatdan keçir.
Mövzu ilə bağlı Azərbaycan Yürüstü Nəqliyyat Agentliyindən Avtofer.az-a bildirilib ki, sifariş edilən və ünvana gələn taksilərin fərqli olması ilə bağlı AYNA tərəfindən taksi sifarişi operatorları ilə görüşlər keçirilib:
“Onlara bu kimi halların qarşısını almaq üçün proqram təminatının verdiyi üstünlüklərdən istifadə edərək preventiv tədbirlərin görülməsi tapşırılıb.
Sərnişinlərdən taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur”.
Qeyd edilib ki, AYNA informasiya sistemində "E-taksi" alt sistemi mövcuddur:
“E-taksi alt sistemi vasitəsilə sifariş ötürülən nəqliyyat vasitələrini, nəqliyyat vasitələrinin sürücüləri, həmcinin onların iş saatı barədə məlumatları görmək mümkündür. Operatorlar icazəsi olmayan maşına və sertifikatı olmayan sürücüyə sifariş göndərə bilməzlər. Sifariş ötürüldüyü təqdirdə həmin qayda pozuntuları “E-taksi” alt sistemdə əks olunur. Bununla da taksi sifarişi operatorları və daşıyıcılar barəsində inzibati tənbeh tədbirləri görmək mümkündür”.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












