Taksi şirkəti dayanacağı zəbt edib: Sürücülər maşın saxlamağa yer tapmır - FOTO

158 Taksi şirkəti Bakının Nəsimi rayonundakı avtodayanacağı bağlayaraq, taksi parkı edib. Avtosfer.az-ın məlumatına görə, bu barədə sosial şəbəkədə sürücülərin narazılıq etdiyi yazılarda bildirilir.
Bir neçə ay əvvəl Cəlil Məmmədquluzadə və Hənifə Ələsgərov küçələrinin kəsişməsindəki avtodayanacaq ləğv edilərək yerində modul tipli xəstəxana yaradılıb. Mayın 7-də açılışı olmuş 1 saylı Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən xəstəxana 3000 kvadrat metr ərazini əhatə edir. Həmin vaxt sürücülərin parkinq ehtiyacını ödəmək üçün yaxınlıqdakı – təxminən eyni sahə böyüklükdə cərimə meydançası ləğv edilib, avtodayanacaq yaradıldı. Bir neçə gündür ki, həmin parkinqin girişinə şlaqbaum qoyulub, əraziyə mühafizəçi cəlb edilərək kənar şəxslərin daxil olması qadağan edilib. Ərazini 158 Taksi şirkəti öz taksi parkına çevirib.
Şikayətdə qeyd olunur ki, bu avtodayanacaqda əsasən yaxınlıqdakı biznes mərkəzlərində çalışanlar, Xüsusi Dövlət Mühafizə Xidmətinin heyəti, 1 saylı Kliniki Tibbi Mərkəzə gələnlər avtomobillərini saxlayırdı. Avqustun 5-dən karantin rejiminin yumşaldılması ilə əlaqədar, Cəlil Məmmədquluzadə küçəsinin sağı və solu, həm də səkilər avtomobillə doludur. Ehtimal etmək olar ki, bir qədər sonra Xüsusi Dövlət Mühafizə Xidmətində də hərbiçilərin intensiv iclasları, əsgərlərlə görüşlər başlayandan sonra küçədə parkinq problemindən əziyyət çəkənlərin sayı artacaq.
Qeyd edək ki, avqustun 5-dən dayanma və durma qaydalarını pozmağa görə cərimələr yenidən yazılır. Həmçinin bu ilin iyulun 10-dan etibarən, dayanma və ya durma qaydalarını pozmağa görə Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyi nəzarət edir. Sürücülər cərimələnəcəklərindən narahatdırlar.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












