Taksi sürücüləri arasında narkoman, psixi xəstə çoxdur - Ekspert

Azərbaycanda mövcud qaydalara görə, taksi sürücüsü olmaq üçün təlim keçmək lazımdır. Təlimlərdən sonra sürücülərə sertifikat verilir. Sertifikatı olan sürücü isə mütləq tibbi arayış almalıdır. Təəssüf ki, bu gün taksi fəaliyyəti ilə məşğul olan Əhməd Əhmədov kimi sürücülər az deyil.
Bunu Teleqraf.com-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.
Onun sözlərinə görə, xəstəxanalar bu cür arayışları pulla satır: “Vətəndaş sağlamlıq haqqında arayış almaq üçün xəstəxanaya üz tutanda heç kim ondan söz soruşmur. Həkim candərdi şikayətinin olub-olmadığını soruşur. Vətəndaş da deyir “yox”, vəssalam, yazılır sağlamdır.
Təəssüf ki, onun narkotik istifadəçisi, spirtli içki aludəçisi olub-olmadığı yoxlanılmır. Bəlkə xəstədir, epilepsiyası var, sükan arxasında tutması tuta bilər?.. Yaxud psixi narahatlığı var, gedib başqasını öldürər. Əlində sağlamlıq arayışı olan insanlar arasında psixi xəstə, narkoman çoxdur. Onlara bu arayışlar necə verilib?”
Ekspertin fikrincə, sürücülər vaxtaşırı narkoloji və psixoloji testlərdən keçirilməlidir: “Bu prosesdə şəffaflığa poliklinikalardan başlamaq lazımdır. Bu gün xəstə də, narkoman da çox rahat şəkildə tibbi arayış alır. Problemin kökünü həll etmək istəyiriksə, tibb məntəqələrində bu məsələ nəzarətə götürülməlidir”.
Ekspert qeyd edib ki, sürücü tibbi arayışla yanaşı fərqlənmə nişanı, buraxılış vərəqəsi alındıqdan sonra xətə çıxmalıdır: “Bütün bunlardan sonra vətəndaş şirkətə müraciət edir. Şirkət onu taksi sürücüsü kimi qeydə alır. Bu kriteriyalardan hər hansı biri olmasa, şirkət o şəxslərlə əməkdaşlıq etməməlidir. Əks halda 40 000 manata qədər cərimə nəzərdə tutulub”.
Elməddin Muradlı onu da qeyd edib ki, ictimai nəqliyyatın sürücüləri ilə bağlı baza yaradılması nəzərdə tutulub: “Bu bazada onların adları qeyd olunacaq”.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












