Tallində Gəncə terroruna etiraz aksiyası keçirildi - FOTO

İRS-Azərbaycan Gənclər Təşkilatının təşəbbüsü ilə Estoniyanın Tallin şəhərində yaşayan soydaşlarımız Azadlıq meydanında icazəli etiraz aksiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, aksiyada Ermənistan ordusunun Gəncə şəhərini dəfələrlə raket atəşinə tutmasının beynəlxalq hümanitar huquqa zidd olduğu bir daha vurğulanıb. Aksiya iştirakçıları mülki şəxslərin Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə göstərişi ilə hədəfə alındığını, nəticədə günahsız insanların həlak olduğunu Estoniya ictimaiyyətinin diqqətinə çatdırıblar. Soydaşlarımız Ermənistanın təcavüzkar və terrorçu siyasətinə son qoyması üçün Estoniya hökümətini, eləcə də Estoniya ictimaiyyətini erməni vəşhiliyinə biganə qalmamağa səsləyiblər.
Aksiya zamanı Gəncə terrorunun qurbanı olan mülki şəxslərin xatirəsini yad etmək üçün onların şəkilləri önünə gül dəstələri və oyuncaqlar qoyulub.
Aksiyada eston və ingilis dillərində “Qarabağ Azərbaycanındır!”, “Biz terrora yox deyirik!”, “Gəncə cəbhə bölgəsi deyil!”, “Gəncə üçün dua et!”, “Azərbaycan ədalət tələb edir”, “Aqressiyaya son!”, “Erməni yalanlarına son”, “Erməni terroruna yox deyirik!”, “Uşaq ölümünə yox deyirik”, “BMT qətnamələrinə əməl et”, “Terrorizmin maliyyələşdirilməsinə son!”, “İşğalçı dövləti dəstəkləməyin” kimi şuarlar səsləndirilib.


Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












