Tanınmış həkim vəkili məhkəməyə verdi - Süni mayalanma qalmaqalı

Türkiyəli ginekoloq, süni mayalanma mütəxəssisi Önder Tulumbacı vəkil Əkrəm Həsənovu məhkəməyə verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ə.Həsənov özü məlumat yayıb. O bildirib ki, Ö.Tulumbacı xüsusi ittiham qaydasında Xətai Rayon Məhkəməsinə müraciət edib və vəkilin Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə məsuliyyətə cəlb edilməsini tələb edib. Məhkəmənin baxış iclası bu gün keçiriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl Əkrəm Həsənov sosial şəbəkə səhifəsində Öndər Tulumbacı tərəfindən süni mayalanma edilmiş qadının əkiz övladlarının olduğunu, lakin illər sonra boşanma prosesi zamanı uşaqların donor hesab edilən atadan olmadığını bildirmişdi. O, mayalanma üzrə mütəxəssis ilə qadının əlbir olaraq atanı aldatdıqlarını, tamamilə başqa şəxsdən götürülmüş hüceyrələrlə mayalanma prosesinin həyata keçirildiyini iddia etmişdi. Hazırda həmin məsələ ilə bağlı da məhkəmə prosesi davam edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












