Tanınmış musiqiçi DİN-in rəhbərliyindən kömək istəyir - Maşını qarət edilib

Tanınmış tar ifaçısı Humay Qədimova avtomobilindən oğurluq olması ilə bağlı Avtosfer.az-a müraciət edib. O, bildirib ki, yanvarın 12-i paytaxtın Teymur Elçin küçəsində idarə etdiyi avtomobili park edərək ərazidən uzaqlaşıb. Bir neçə saatdan sonra avtomobilinə yaxınlaşan zaman avtomobilindən əşyaların oğurlandığının şahidi olub. Oğurluqla bağlı 102 qaynar xəttinə şikayət etdikdən sonra onu Səbail rayon 9-cu Polis Bölməsinə dəvət ediblər. Bölmədə şikayət ərizəsini yazan musiqiçi polis əməkdaşlarından təhlükəsiz şəhər kamerasının görüntülərinin göstərilməsini tələb etsə də ona görüntünü göstərməkdən imtina ediblər. Polis əməkdaşları onunla ayın 13-ü əlaqə saxlayacaqlarını bildirsələr də, bu vaxta kimi heç kim onunla əlaqə saxlamayıb.
Humay Qədimova Daxili İşlər Nazirliyinin rəhbərliyindən görüntülərin ona təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edir.
Təbriz
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












