Tapança gəzdirən qardaşlar saxlanıldı - FOTO - VİDEO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Avtosfer.az xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində üzərində odlu silah gəzdirən Şəki şəhər sakini, əvvəllər Rusiya Federasiyasında adam oğurluqları, eləcə də digər ağır cinayətlərə görə məhkum olunmuş 1984-cü il təvəllüdlü Ruslan Hacısəlimov saxlanılıb. Həmin şəxsin üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, həmin silaha məxsus 5 ədəd patron və daraq aşkar edilərək götürülüb. Ekspertizanın rəyinə əsasən Ruslan Hacısəlimovdan götürülən silah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilmiş digər əməliyyat-istintaq tədbirləri nəticəsində isə Şəki şəhəri ərazisində silsilə oğurluqlar edən qardaşlar, əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş - Əli və Məhəmməd İsaqovlar saxlanılıb. Onların mağazadan 1300 manat pul, qəbiristanlıqdan 800 manat dəyərində dəmir məhəccərlər, avtomobillərdən pul kisəsi və akkumulyatorları oğurladıqları müəyyən edilib. Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları dəmir məhəccərləri və akkumulyatorları satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri məlum olub.
Faktlarla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işləri başlanılıb, saxlanılanların digər cinayətlərdə iştiraklarının olub-olmaması araşdırılır. Məhkəmənin də qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










