Tavuş-Qazax sərhədi müəyyənləşir: işğalda qalan 7 kənd...
Xəbərlər
12 Mart 2021 14:18
Oxunub 1176
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Tavuş bölgəsinin sərhədlərini müəyyən etmək məqsədilə dövlət kadastr komitəsinə sorğu göndərib.
Avtosfer.az Publika.az-a istinadən xəbər verir ki, erməni mediası səbəbin Qazaxın işğalda qalan 7 kəndi ilə bağlı olduğunu yazır.
“Məqsəd Tavuşun 1990-cı illərdən əvvəlki sərhədlərinin müəyyən edilməsi və Qazaxın işğalda qalan 7 kəndinin qaytarılmasıdır”, - məlumatlarda qeyd olunur.
Ermənistan Müdafiə Nazirliyi bu məlumatı da təkzib edib, lakin erməni mənbələr ötən həftədən etibarən Tavuş istiqamətində sərhədin müəyyən edilməsi yönündə işlər aparıldığını yazır.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR