Tbilisidə ilk quru limanı açıldı - VİDEO

Gürcüstanın paytaxtı Tbilisidə konteyner daşımaları üçün ilk quru yük limanı açılıb.
Avtosfer.az Gürcüstan mediasına istinadən xəbər verir ki, ölkənin Baş naziri İrakli Kobaxidze limanın açılış mərasimində iştirak edib.
Onun sözlərinə görə, “Tbilisi Dry Port” regionda ilk müasir dəmir yolu, konteyner və yük terminalıdır.
Kobaxidze, həmçinin quru limanının 28,5 hektar ərazidə üç mərhələdə inşa olunduğunu, artıq birinci mərhələnin işə başladığını deyib.
O bildirib ki, hər üç mərhələ başa çatdıqdan sonra limanın gücü ildə 200 min konteyner təşkil edəcək: “Terminal “Orta dəhliz”lə Çin və Mərkəzi Asiyadan ticarət axınının artırılmasında vacib rol oynayacaq”.
Baş nazir əlavə edib ki, Tbilisi quru limanı nəinki Gürcüstanın dəniz limanlarına xidmət edəcək, həmçinin digər ölkələr üçün də depo funksiyasını yerinə yetirəcək.
Belə ki, yerli KİV-in yazdığına görə, sözügedən liman Azərbaycan, Türkiyə, Ermənistan və Qazaxıstan üçün konteyner habı olacaq.
Həmçinin limanın bu gün artıq Batumidən 30 konteyner daşıyan ilk qatarı qəbul etdiyi də bildirilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












